Bank Of Baku

İsrail baş nazirinin müavini: “Yəhudi lobbisi nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daim dəstəkləyir”

İsrail baş nazirinin müavini: “Yəhudi lobbisi nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daim dəstəkləyir”
# 17 avqust 2007 15:45 (UTC +04:00)
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İsrail baş nazirinin müavini, strateji planlaşdırma naziri Aviqdor Libermanı qəbul edib. Parlamentdən APA-ya daxil olan məlumata görə, O. Əsədov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verildiyini, iqtisadi-ticari əlaqələri genişləndirmək üçün ölkələrimizin böyük potensiala malik olduğunu söyləyib. O. Əsədov Azərbaycanda heç vaxt antisemitizmin olmadığını, 5 yəhudi sinaqoqunun fəaliyyət göstərdiyini, yəhudilərin Azərbaycanda özlərini vətənlərindəki kimi hiss etdiklərini vurğulayıb. Spiker Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan neft-qaz və nəqliyyat layihələrinin bütövlükdə bölgənin inkişafına güclü təkan verdiyini diqqətə çatdırıb: “Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsi ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verib”. O. Əsədov Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə İsrail dövlətinə təşəkkürünü bildirib.
Öz növbəsində, qonaq ölkəsinin Dağlıq Qarabağ məsələsində nəinki Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, həmçinin dünyanın hər yerində fəaliyyət göstərən yəhudi lobbisinin nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinə daim tərəfdar çıxdığını deyib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR