Bank Of Baku

Milli QHT Forumunun VII qurultayı iyunun 2-də keçiriləcək

Milli QHT Forumunun VII qurultayı iyunun 2-də keçiriləcək
# 07 may 2008 11:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Milli QHT Forumunun VII qurultayı iyunun 2-də keçiriləcək. Bu barədə APA-ya Milli QHT Forumunun keçmiş prezidenti, Milli Məclisin deputatı Azay Quliyev məlumat verib. Onun sözlərinə görə, qurultayda forumun yeni prezidenti seçiləcək. O bildirib ki, aprelin 29-da keçirilən İdarə Heyətinin iclasında tutduğu postdan istefa verməsi haqda ərizə ilə müraciət edib. Lakin, onun bu müraciəti rəsmi şəkildə öz təsdiqini tapmayıb. Qeyd edək ki, Milli QHT Forumu 1999-cu ildə yaradılıb və hazırda bu qurum özündə 400-ə yaxın QHT-ni birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR