Bank Of Baku

Qulamrza Səbri Təbrizi: “Nə zamandan bəri birlik istəyi xəyanət və düşmən dəyirmanına su tökmək hesab olunur?”

Qulamrza Səbri Təbrizi: “Nə zamandan bəri birlik istəyi xəyanət və düşmən dəyirmanına su tökmək hesab olunur?”
# 07 may 2008 11:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) sədrliyinə iddia edən Qulamrza Səbri Təbrizi qurum ətrafındakı proseslərlə bağlı bəyanat verib. APA-nın məlumatına görə, bəyanatda bəzi şəxslərin DAK-da parçalanma yaratdığı və birlik qurultayının keçirilməsinə maneçilik törətdikləri bildirilir: “2007-ci il dekabrın 3-də DAK-la Demokratik Dünya Azərbaycanlıları Konqresi arasında imzalanan sazişə əsasən X qurultayın keçirilməsi nəzərdə tutulur. Lakin bütün görülən işlər DAK İdarə Heyətinin bəzi üzvləri tərəfindən nəinki dərk edilməyib, əksinə, “DAK xəttinə xəyanət və düşmən dəyirmanına su tökmək” kimi qiymətləndirilib. Təəccüblüdür, nə zamandan bəri birlik istəyi xəyanət və “düşmən dəyirmanına su tökmək” hesab olunur? Əgər belədirsə, onda birlik sazişini imzalayaraq sonra atdığın imzadan imtina etməyə, şəxsi ambisiyalar naminə təşkilatı parçalamaq həddinə gətirməyə, özünü qurultayda deyil, cibdə gəzdirilən sənədlərdə sədr kimi təqdim etməyə, güneyli olmadığı halda DAK-a sədrlik iddiası ilə Azərbaycan dövlətini zərbə altında qoymağa nə ad verilməlidir?” Bəyanatda diaspor təşkilatları və dünya azərbaycanlıları qurultayda iştirak etməyə çağırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR