Bank Of Baku

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
# 07 may 2008 11:38 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, parlament üzvü Cim Mörfi bu gün keçirdiyi mətbuat konfransında deyib. O, Bakıya birgünlük səfərini çox məhsuldar və səmərəli adlandırıb, prezident İlham Əliyev və xarici işlər nazirinin müavini Araz Əzimovla Böyük Britaniya-Azərbaycan əlaqələrinin inkişaf yollarını müzakirə etdiyini deyib. Nazir ölkəsinin Azərbaycana böyük marağı olduğunu söyləyib, burada 100-dən artıq Britaniya şirkətinin fəaliyyət göstərməsini bu marağın təzahürü kimi dəyərləndirib: “Böyük Britaniya Azərbaycanın enerji sektoruna maraq göstərməklə yanaşı, Azərbaycanın Avropa strukturlarına inteqrasiya etməklə daha da inkişaf etməsində maraqlıdır və bu işdə Azərbaycana böyük dəstək verir. Biz Azərbaycanda insan haqları və demokratiyanın da inkişaf etməsini istəyirik”. Nazirin sözlərinə görə, Azərbaycan rəsmiləri ilə görüşlərdə “Nabucco” layihəsi ilə də bağlı müzakirələr aparılıb. “Avropa Azərbaycan və digər ölkələrin, məsələn, Türkmənistan qazının Azərbaycan vasitəsilə dünya bazarına çatdırılmasında maraqlıdır” deyən nazir Böyük Britaniyanın “Nabucco” layihəsini dəstəklədiyini bəyan edib. O, Avropanın Azərbaycanı beynəlxalq enerji təhlükəsizliyi məsələsində tarazlayıcı tərəf kimi gördüyünü vurğulayıb.
Bakıda apardığı danışıqlarda media azadlığı məsələsinə də toxunulduğunu deyən C. Mörfi hesab edir ki, media azadlığı demokratiyanın ən ümdə prinsipidir. Nazir oktyabrda Azərbaycan keçiriləcək prezident seçkilərinin ədalətli və azad olacağına ümid etdiyini deyib, ölkəsinin bu sahədə Azərbaycana dəstək verəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR