Bank Of Baku

Eldar İbrahimov: “Prezidentlik müddətinin uzadılması ilə bağlı təkliflərimi 2013-cü ildə yenidən aktuallaşdıracağam”

Eldar İbrahimov: “Prezidentlik müddətinin uzadılması ilə bağlı təkliflərimi 2013-cü ildə yenidən aktuallaşdıracağam”
# 07 may 2008 11:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Prezidentlik müddətinin uzadılması ilə bağlı təkliflərimi 2013-cü ildə yenidən aktuallaşdıracağam. Bu məsələni Azərbaycanda birinci dəfə qaldıran şəxs mən olmuşam və hazırda bu mövzunu qapatmışam”. APA-nın məlumatına görə, bu fikirləri millət vəkili, Milli Məclisin aqrar siyasət komissiyasının sədri Eldar İbrahimov söyləyib. Onun sözlərinə görə, hələlik bu məsələni aktuallaşdırmaq tezdir. Təklifinin reallaşması üçün hansı addımların atacağını yalnız gələcəkdə müəyyənləşdirəcəyini deyən millət vəkilinin sözlərinə görə, onun bu kimi fikirlərinə dəstək verən deputatlar olub: “Bu məsələni qaldırdım və hətta Konstitusiyada prezidentin iki dəfədən artıq seçilməsinə icazə verilməsi barədə dəyişiklik edilməsini təklif etdim. Amma sonra gördüm ki, hələ bu təklifin vaxtı deyil. Zamanı gələndə bu mövzuya yenidən qayıdacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR