Bank Of Baku

Araz Əzimov Böyük Britaniya hökumətinin Avropa məsələləri üzrə naziri Cim Mörfi ilə görüşüb

Araz Əzimov Böyük Britaniya hökumətinin Avropa məsələləri üzrə naziri Cim Mörfi ilə görüşüb
# 07 may 2008 12:24 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Böyük Britaniya hökumətinin Avropa məsələləri üzrə naziri Cim Mörfi ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Britaniya rəsmisi Azərbaycanın Avropaya inteqrasiyada məramlarını və ümumi yanaşması ilə maraqlanaraq, Britaniyanın ölkəmizin Avropa ilə daha yaxın əlaqələrini dəstəklədiyini və bu əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsinin strateji əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Araz Əzimov Azərbaycanın inteqrasiya prosesində öz milli maraqlarından çıxış edərək, bu maraqlar daxilində siyasət yürütdüyünü bildirib, Avropa və Avroatlantik qurumlara mərhələ-mərhələ, tədricən inteqrasiya yolunu tutduğunu vurğulayıb. O, həmçinin regionun özəlliklərinə toxunaraq, həll olunmamış münaqişələrə də toxunub, bölgə dövlətlərinin inteqrasiyasında onların həllinin vacibliyini, bu həllin əsasında isə ərazi bütövlüyü prinsipinin imperativ kimi qəbul edilməsinin zəruri şərt olduğunu qeyd edib. Görüşdə Avropa İttifaqının genişlənməsi və qonşu dövlətlərlə təşkilatın əlaqələrinin vacibliyi, NATO ilə münasibətlər, təhlükəsizliyə təhdid təşkil edən məsələlərdə qeyri-üzv dövlətlərlə alyans arasında əməkdaşlıq məsələlərinə toxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR