Bank Of Baku

Bakıda Azərbaycan-İsrail dostluğunun rəmzi olan xiyabanın sabaha nəzərdə tutulan açılış mərasimi təxirə salınıb

Bakıda Azərbaycan-İsrail dostluğunun rəmzi olan xiyabanın sabaha nəzərdə tutulan açılış mərasimi təxirə salınıb
# 07 may 2008 12:40 (UTC +04:00)
Bu barədə APA-ya İsrailin Bakıdakı səfirliyindən məlumat verilib. Lakin səfirlikdən açılış mərasiminin təxirə salınmasının səbəbləri açıqlanmayıb. Bundan başqa, tədbirin nə vaxt keçiriləcəyi də hələlik məlum deyil.
Qeyd edək ki, Azərbaycan-İsrail dostluğunun rəmzi sayılan xiyaban Bakının 6-cı mikrorayon ərazisində yerləşən akademik Zərifə Əliyeva Parkının bir guşəsində yaradılıb.
Xatırladaq ki, mayın 8-i Şuşanın işğalı günü olduğundan, Qarabağ Azadlıq Təşkilatı (QAT) və Azərbaycan İslam Partiyası həmin gün hansısa bayram tədbirinin keçirilməsi pisləyən bəyanat yayıb. QAT tədbirin baş tutmaması üçün istənilən addımın atılacağını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR