Bank Of Baku

Azay Quliyev: “Qeyri-hökumət təşkilatlarının layihələrini maliyyələşdirmək üçün büdcədən 1,5 milyon manat pul ayrılıb”

Azay Quliyev: “Qeyri-hökumət təşkilatlarının layihələrini maliyyələşdirmək üçün büdcədən 1,5 milyon manat pul ayrılıb”
# 07 may 2008 14:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Qeyri-hökumət təşkilatlarının layihələrini maliyyələşdirmək üçün büdcədən 1,5 milyon manat pul ayrılıb”. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev APA-ya açıqlamasında bildirib ki, Şuranın büdcəsi hələ müəyyənləşməyib. “Ayrılan maliyyənin hansı hissəsinin təşkilatlanmağa, texniki məsələlərə və layihələrə ayrılacağı isə bilinmir”. O, bununla bağlı Maliyyə Nazirliyinin qərarına ehtiyac olduğunu da bildirib: “Hələlik nazirliyin bu barədə qərarı yoxdur. Ancaq yaxın zamanlarda belə bir qərarın olacağına ümid edirik. Bundan başqa, maliyyə vəsaitinin xərclənmə istiqamətlərin müəyyənləşməsi üçün əsasnamə hazırlanmalı, müsabiqənin şərtləri müəyyənləşdirilməli və layihələr toplanıb araşdırılmalıdır”. Qeyd edək ki, 2007-ci il dekabrın 13-də prezident İlham Əliyev QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında əsasnaməni təsdiq edib. Martın 11-18-də isə Şuraya namizədliyini irəli sürən QHT-lər arasında seçkilər keçirilib. Seçkilərin nəticələrinə uyun olaraq isə aprelin 21-də prezident Şuranı və qurumun sədrini təsdiq edib. Şuranın tərkibi 8 QHT, 3 hökumət nümayəndəsindən ibarətdir. Şura üzvü 4 il müddətinə, qurumun sədri isə 2 ildən bir seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR