Bank Of Baku

İsveçrə prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

İsveçrə prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
# 07 may 2008 14:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpenin Bakıya mayın 10-da başlayacaq rəsmi səfərinin proqramı açıqlanıb. İsveçrənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri İsmayıl Əbdüləzimovun APA-ya verdiyi məlumata görə, mayın 10-11-də səfər proqramının qeyri-rəsmi hissəsi həyata keçiriləcək, qonaq Bakının görməli yerlərini gəzəcək, İçərişəhərə baş çəkəcək, orada İsveçrənin Azərbaycandakı səfirliyinin yeni binasının rəsmi açılış mərasimində iştirak edəcək, Qobustan qoruq-muzeyi və Azərbaycan Tarix Muzeyi ilə tanış olacaq.
Rəsmi görüşlər mayın 12-nə nəzərdə tutulur. P. Kuşpen həmin gün azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar aparacaq. Səfər çərçivəsində sənədlərin imzalanması gözlənilmir. İsveçrə prezident Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək.
Qeyd edək ki, səfər prezident İ. Əliyevin dəvəti ilə həyata keçirilir. Azərbaycan dövlət başçısı bu dəvəti bu ilin yanvarında Davos iqtisadi forumunda iştirakı zamanı həmkarına çatdırıb. Səfərin məqsədi Azərbaycanla tanışlıq, əlaqələrin genişləndirilməsi üçün imkanların öyrənilməsi, enerji və nəqliyyat sahəsində imzalanmış sənədlərin realizə olmasına dair müzakirə aparmaqdır.
P. Kuşpen Qərbi Avropa ölkələrindən Azərbaycana səfər edəcək ilk dövlət başçısı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR