Bank Of Baku

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
# 07 may 2008 15:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda qurumun martın 12-də keçirilmiş toplantısının protokolu təsdiq olunub. İclasda bəzi Dairə Seçki Komissiyalarının (DSK) tərkibinə dəyişiklik edilməsi məsələsinə baxılıb və 52 saylı Quba, 93 saylı Bərdə şəhər, 120 saylı Cəbrayıl-Qubadlı, 94 saylı Bərdə kənd, 9 saylı Binəqədi II, 108 saylı Ağstafa, 3 saylı Babək-Kəngərli, 25 saylı Nizami II və digər komissiyaların tərkibinə dəyişiklik edilib. MSK sədri Məzahir Pənahov bildirib ki, bu il keçiriləcək prezident seçkiləri ilə bağlı qurum maarifləndirmə işini davam etdirəcək. O, Milli Məclisdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edildikdən sonra buna uyğun olaraq MSK-nın prezident seçkiləri ilə bağlı təlimatlar hazırlayacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR