Bank Of Baku

İranda nüfuzlu azərbaycanlı din xadimi Höccət-ül-İslam Əbdüləziz Əzim Qədimi bir il müddətinə azadlıqdan məhrum edilib

İranda nüfuzlu azərbaycanlı din xadimi Höccət-ül-İslam Əbdüləziz Əzim Qədimi bir il müddətinə azadlıqdan məhrum edilib
# 07 may 2008 15:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İranda yaşayan azərbaycanlıların haqlarının bərpası uğrunda hərəkatın fəallarından olan Höccət-ül-İslam Əbdüləziz Əzim Qədimi mayın 2-də həbs olunub. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, azərbaycanlı ruhani mayın 2-də Qum İnqilab Məhkəməsinə çağırılıb. Məhkəmə onun iclas zalındaca həbs olunması ilə bağlı qərar verib. Höccət-ül-İslam milli, irqi, sosial düşmənçiliyin salınması maddəsi ilə təqsirləndirilərək 1 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Əbdüləziz Əzim Qədimi Qum həbsxanasında saxlanılır. Hələlik onunla görüşməyə imkan verilmir. Qeyd edək ki, Əbdüləziz Əzim Qədimi Səttarxan və Bağırxanın məzarı üzərində keçirilən mitinqlərdə, o cümlədən Babək qalasına yürüşdə ruhani paltarında iştirak edib, bu da İran məhkəmələri tərəfindən dindarlar üçün nəzərdə tutulan mövcud qaydalara zidd hesab olunub. Bu səbəbdən iki il öncə Əbdüləziz Əzim Qədimi 1 illik şərti həbs cəzası ilə yanaşı, 10 il müddətinə ruhani paltarı geymək hüququndan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR