Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Strasburqda türkiyəli həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Strasburqda türkiyəli həmkarı ilə görüşüb
# 07 may 2008 15:10 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. Strasburqda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşüb. Bu barədə APA-nın Avropa bürosuna məlumat verən E. Məmmədyarovun sözlərinə görə, görüşdə iki ölkə arasında münasibətlər, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, E. Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda keçirilən 118-ci sessiyasında iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR