Bank Of Baku

MSK sədrinin müavini: “Dairə Seçki Komissiyalarında çalışan operatorlar üçün xüsusi seminarın keçirilməsinə ehtiyac var”

MSK sədrinin müavini: “Dairə Seçki Komissiyalarında çalışan operatorlar üçün xüsusi seminarın keçirilməsinə ehtiyac var”
# 07 may 2008 15:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Seçici siyahılarının hazırlanması zamanı Dairə Seçki Komissiyalarında olan operatorlar bir sıra adların və soyadların yazılması zamanı səhvlərə yol verirlər ki, bu da sonradan böyük problem yaradır”. APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki komissiyasının (MSK) sədr müavini Svetlana Qasımova deyib. Onun sözlərinə görə, operatorlar bəzən ad və yaxud soyadlarda cüzi bir hərf səhv edir və bu da həmin seçicinin səsvermədə iştirakına müəyyən əngəl yaradır. Sədr müavini bu cür çatışmazlıqların aradan qaldırılmasının vacib olduğunu deyib: “Ona görə də DSK-larda çalışan operatorlar üçün xüsusi seminarın keçirilməsinə ehtiyac var”. S. Qasımova iyunda belə bir seminarın keçirilməsini vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR