Bank Of Baku

Daxili İşlər Nazirliyində Heydər Əliyevin 85 illiyi münasibətilə yubiley tədbiri keçirilib

Daxili İşlər Nazirliyində Heydər Əliyevin 85 illiyi münasibətilə yubiley tədbiri keçirilib
# 07 may 2008 15:46 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Daxili İşlər Nazirliyində (DİN) Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə mərasim keçirilib. DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubov çıxış edərək Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin, dövlət ənənələrinin möhkəmlənməsində, demokratik imicinin yüksəlməsində, dövlətçilik tarixində müstəsna xidmətlərin olduğunu bildirib. Nazir qeyd edib ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qısa müddətdə görülən təbdirlər nəticəsində qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr ləğv edilib, yüzlərlə cinayətkar dəstə zərərsizləşdirilib, qəsdən adam öldürmələrin, oğurluqların, qarət və quldurluqların sayı kəskin azalıb, kriminogen durum tam nəzarətə götürülüb. Tədbirdə DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Daxili Qoşunların komandanın müavini, Şəxsi Heyətlə İş üzrə İdarənin rəisi Vidadi Əliyev, Çevik Polis Alayının komandiri Səhlab Bağırov, DİN-in Mərkəzi Aparatı Veteranlar Şurasının sədri Bəylər Hüseynov, Polis Akademiyasının 2-ci kurs müdavimi Anar İsayev çıxış ediblər. Mərasimin sonunda DİN-in Baş Kadrlar İdarəsinin rəisi Novruz Novruzov yubiley münasibəti ilə xidməti vəzifələrini və döyüş tapşırıqlarının icrasında fərqlənən bir qrup polis əməkdaşının və Daxili Qoşunların hərbi qulluqçusunun mükafatlandırılması haqqında daxili işlər nazirinin müvafiq əmrini elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR