Bank Of Baku

Dövlət Miqrasiya Xidmətinin rəisi: “Rusiyadakı Azərbaycan vətəndaşlarının problemlərinin həlli istiqamətində müzakirələr aparılır”

Dövlət Miqrasiya Xidmətinin rəisi: “Rusiyadakı Azərbaycan vətəndaşlarının problemlərinin həlli istiqamətində müzakirələr aparılır”
# 08 may 2008 08:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) ilə Rusiya Federal Miqrasiya Xidməti arasında Rusiyadakı Azərbaycan vətəndaşlarının qarşılaşdıqları problemlərin həlli istiqamətində müzakirələr aparılır. Bu barədə APA-ya DMX-nin rəisi Arzu Rəhimov bildirib. A. Rəhimov deyib ki, Rusiyada miqrantların qeydiyyata alınması prosesindən sonra orada yaşayan azərbaycanlıların deportasiyası və digər sahələrdə ciddi problemlər qeydə alınmayıb. DMX rəisi problemlərin həlli istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu söyləyib: “Həmçinin Azərbaycan hökumətinin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə müvafiq tədbirlər görür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR