Bank Of Baku

Avropa Şurasına üzv ölkələrin parlament sədrlərinin toplantısı keçiriləcək

Avropa Şurasına üzv ölkələrin parlament sədrlərinin toplantısı keçiriləcək
# 08 may 2008 09:29 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Mayın 22-23-də Strasburqda Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin iclası keçiriləcək. APA-nın məlumatına görə, toplantıda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun da iştirakı gözlənilir. İclasın gündəliyinin ilkin variantına əsasən Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Mariya de Puç “Parlamentlər və sivil cəmiyyət” adlı məruzə ilə çıxış edəcək. Toplantıda “Parlamentlər və sivil cəmiyyət arasında qarşılıqlı əlaqə”, “Sivil cəmiyyətin parlament prosesində iştirakı, yaxşı praktikanın mübadiləsi”, ”Milli parlamentlər və Avropa Şurası: Demokratiya, insan hüquqları və qanunun aliliyinin əsas dəyərlərinin təşviqi” və digər mövzular ətrafında müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR