Bank Of Baku

Konyada ənənəvi “Hoca Nəsrəddin” simpoziumu keçirilir

Konyada ənənəvi “Hoca Nəsrəddin” simpoziumu keçirilir
# 08 may 2008 15:37 (UTC +04:00)
Akşehir. Mayis Əlizadə-APA. Konyanın Akşehir qəsəbəsində ənənəvi “Hoca Nəsrəddin” simpoziumu öz işinə başlayıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, 70-dən artıq elm adamının iştirak etdiyi simpoziumun açılışında Akşehir bələdiyyəsinin rəhbəri Mustafa baloğlu, Atatürk Kültür Mərkəzinin rəhbəri Osman Horata və başqaları çıxış ediblər. Simpoziumda iştirak edən İstanbul Yeditəpə Universitetinin professoru Kamil Vəli Nərimanoğlunun APA-nın Türkiyə bürosuna verdiyi məlumata görə, simpoziuma Rusiya, Orta Asiya və Balkan ölkələrindən alimlər qatılıblar. Sompoziumda “Nəsrəddin Hoca və iqtisadiyyat”, “Nəsrəddin Hoca və onun fəlsəfəsi”, “Nəsrəddin Hoca və XXI əsr” adlı məruzələr var. Simpoziumda İranda Qədir Güldikənin, Kiprdən həmyerlimiz Aynur Əsgərovanın, Özbəkistandan alim-jurnalist Tahir Kaharın məruzələri maraqla qarşılanıb. Simpozium işini bu gün başa vuracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR