Bank Of Baku

Sabah Azərbaycan paytaxtının 25-dən çox hissəsində eyni vaxtda 30 dəqiqəyədək atəşfəşanlıq olacaq

Sabah Azərbaycan paytaxtının 25-dən çox hissəsində eyni vaxtda 30 dəqiqəyədək atəşfəşanlıq olacaq
# 09 may 2008 11:10 (UTC +04:00)
BŞİH-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bayramda İtaliya, Fransa və Hollandiyadan gətirilmiş bir milyondan çox gül-çiçək nümayiş olunacaq, şəhər sakinləri və qonaqlar dünyanın 150-dən çox ölkəsindən gətirilən dibçəklərdə əkilmiş ən nadir güllərlə tanış ola biləcəklər. Gül Bayramı saat 08.00-da başlayacaq. Axşam saat 21.00-dan 23.00-dək isə Milli Parkda “Ağ fontan”ın qarşısında konsert proqramı təşkil olunacaq. Konsert zamanı Bakının 25-dən çox ayrı-ayrı hissəsində 30 dəqiqəyədək atəşfəşanlıq olacaq. BŞİH-in sifarişi ilə xarici mütəxəssislər tərəfindən Almaniya, İtaliya və Amerikadan gətirilən texniki avadanlıqlarla təchiz edilmiş televiziya qülləsindən kompüter vasitəsilə idarə olunmaqla, 15 km-dən artıq uzanan rəngbərəng işıqlarla Bakı səması çıraqbana dönəcək. BŞİH-in Nəqliyyat Nazirliyi ilə razılaşması əsasında mayın 10-da saat 22.00-dan bayram iştirakçılarının Azadlıq meydanından şəhərin bütün istiqamətlərinə rahat çatması üçün xüsusi avtobuslarla sərnişindaşıma təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR