Bank Of Baku

Ümumrusiya Azərbaycan Konqresi Rusiyadakı Azərbaycan vətəndaşlarını seçkidə İlham Əliyevi dəstəkləməyə çağıracaq

Ümumrusiya Azərbaycan Konqresi Rusiyadakı Azərbaycan vətəndaşlarını seçkidə  İlham Əliyevi dəstəkləməyə çağıracaq
# 09 may 2008 13:15 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiyada yaşayan Azərbaycan vətəndaşlarını prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağıracaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun prezidenti, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, Bloxin adına Uşaq Onkologiyası və Gematologiyası Elmi-Tədqiqat İnstitutunun direktoru Məmməd Əliyev deyib. O, İlham Əliyevin Heydər Əliyevin işini davam etdirdiyini bildirib: “Rusiyaya qazanc dalınca gələn çoxsaylı soydaşlarımız var. Sözsüz ki, onlarla ilk növbədə səfirlik vasitəsilə iş aparılmalıdır. Tanınmış şəxsləri öz ətrafında birləşdirən, Azərbaycanın gələcəyini düşünən insanlardan ibarət bir qurum kimi biz vətəndaşlarımızı İlham Əliyevə səs verməyə çağıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR