Bank Of Baku

Gürcüstanda Heydər Əliyevin 85 illiyi ilə bağlı tədbirlər keçirilib

Gürcüstanda Heydər Əliyevin 85 illiyi ilə bağlı tədbirlər keçirilib
# 09 may 2008 14:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun rəhbəri Qənirə Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda Heydər Əliyevin 85 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak edib. Deputatın APA-ya verdiyi məlumata görə, Marneulidə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində yeni yaradılmış musiqi və rəqs qrupunun təqdimatı keçirilib. Mərkəzin xahişi ilə Heydər Əliyev Fondu qrupu lazımi geyimlər və musiqi alətləri ilə təmin edib. Yubiley tədbirində bildirilib ki, bu ildən gürcü dili imtahanında yaxşı nəticə göstərərək Gürcüstanın ali məktəblərinə daxil olan azərbaycanlı gənclərə təqaüd veriləcək. Tədbirdə Milli Məclisin üzvü Həvva Məmmədova, ziyalılar, deputatlığa namizədlər iştirak ediblər. Tiflisin mərkəzində isə Heydər Əliyevin büstü qarşısında anım mərasimi keçirilib. Azərbaycanlıların kompakt yaşadığı Qardabanidə “Heydər Əliyev və Gürcüstan” adlı film və eyni adlı kitab təqdim olunub. Saqareco rayonunun Qaraçöp kəndində də yubiley münasibətilə tədbirlər təşkil edilib.
Q. Paşayeva mayın 17-də yenidən Gürcüstana yola düşəcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR