Bank Of Baku

NATO Birləşmiş Qüvvələr Komandanlığının ekspert qrupu Azərbaycana gələcək

NATO Birləşmiş Qüvvələr Komandanlığının ekspert qrupu Azərbaycana gələcək
# 10 may 2008 10:14 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. NATO ekspertləri Azərbaycan ekspertlərinin iştirakı ilə OCC bölüyünün maddi-texniki imkanlarını nəzərdən keçirəcək, həmçinin müxtəlif proqramlar üzrə yerinə yetirilən təlimləri qiymətləndirəcəklər.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri OCC proqramının Ortaq Qüvvələr Birliyinə də bir bölük civarında öz qüvvəsini bəyan edib. Qiymətləndirmə təlimi sonuncu dəfə 2007-cı ildə NATO ekspertlərinin müşahidəsi ilə Azərbaycan ekspertləri tərəfindən keçirilib. Azərbaycanın OOC bölüyünün qarşısına qoyulan 12 tapşırıqdan 9-u “5” balla qiymətləndirilib. Qalan 3 tapşırıq isə müəyyən səbəblərdən qismən yerinə yetirilib. Ümumilikdə Azərbaycanın OCC bölüyü “4+” balı alıb.
Xatırladaq ki, OCC NATO-nun çevik əməliyyat qüvvələrinin yaradılmasında və inkişafında tərəfdaş dövlətlərin iştirakını nəzərdə tutur. Azərbaycan 2004-cü ilin sonlarında bu sənədə qoşulub. Gələcəkdə Azərbaycanın OCC bölüyünün alyansın çevik əməliyyat qüvvələrində iştirakı nəzərdə tutulur. OCC proqramı çərçivəsində NATO Azərbaycan zabitlərinin alyansın hərbi məktəblərində təlim keçməsini təmin edir. Bundan başqa, OCC Azərbaycan Silahlı Qüvvələri zabitlərinin maddi-texniki bazasının yüksəldilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR