Bank Of Baku

Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı Azərbaycan paytaxtında Gül Bayramı keçirilir - FOTOSESSİYA

Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı Azərbaycan paytaxtında Gül Bayramı keçirilir - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 10 may 2008 12:27 (UTC +04:00)
APA-nın məlumatına görə, saat 08.00-dan Heydər Əliyev Sarayının qarşısındakı bağda başlamış Gül Bayramında İtaliya, Fransa və Hollandiyadan gətirilmiş bir milyondan çox çiçək, dünyanın 150-dən çox ölkəsindən gətirilmiş dibçəklərdə əkilmiş nadir güllər nümayiş etdirilir. Axşam saat 21.00-dan 23-00-dək isə Milli Parkda “Ağ fontan”ın qarşısında konsert proqramı təşkil olunacaq. Konsert zamanı Bakının 25-dən çox ayrı-ayrı hissəsində 30 dəqiqəyədək atəşfəşanlıq olacaq. BŞİH-nin sifarişi ilə xarici mütəxəssislər tərəfindən Almaniya, İtaliya və Amerikadan gətirilən texniki avadanlıqlarla təchiz edilmiş televiziya qülləsindən kompüter vasitəsilə idarə olunmaqla, 15 km-dən artıq uzanan rəngbərəng işıqlarla Bakı səması çıraqbana dönəcək. Saat 22.00-dan isə bayram iştirakçılarının Azadlıq meydanından şəhərin bütün istiqamətlərinə rahat çatması üçün xüsusi avtobuslarla sərnişindaşıma təşkil ediləcək.





























1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR