Bank Of Baku

Yalamada Heydər Əliyev adına parkın və küçənin açılış mərasimi keçirilib

Yalamada Heydər Əliyev adına parkın və küçənin açılış mərasimi keçirilib
# 10 may 2008 11:28 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva APA. Xaçmaz rayonunun Yalama kəndində Heydər Əliyev adına parkın və küçənin açılış mərasimi keçirilib. APA-nın şimal bürosunun xəbərinə görə, tədbirdə Azərbaycan Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov, Dağıstan parlamentinin sədr müavini Nikolay Alçiyev, Dağıstanın Azərbaycanla həmsərhəd 6 rayonunun rəhbərləri, millət vəkilləri, Quba və Xaçmaz rayonlarının icra başçıları və digər rəsmilər iştirak ediblər. İctimaiyyət nümayəndələrinin də qatıldığı tədbirdə çıxış edən Ziyafət Əsgərov, Nikolay Alçiyev və digər natiqlər Azərbaycan-Rusiya və Azərbaycan-Dağıstan münasibətlərinin inkişafında, dostluq əlaqələrinin qurulması və möhkəmlənməsində H. Əliyevin misilsiz xidmətlərindən danışıblar. Onlar Azərbaycanla Dağıstan arasında iqtisadi-mədəni münasibətlərin bundan sonra daha da inkişaf edəcəyini vurğulayıblar. Qonaqlar sonra Xaçmaz şəhərinə yollanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR