Bank Of Baku

Bu gün İsveçrə prezidentinin Azərbaycana səfəri başlayır

Bu gün İsveçrə prezidentinin Azərbaycana səfəri başlayır
# 10 may 2008 12:05 (UTC +04:00)
APA-nın məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə gerçəklən səfərin məqsədi Azərbaycanla tanışlıq, əlaqələrin genişləndirilməsi üçün imkanların öyrənilməsi, enerji və nəqliyyat sahəsində imzalanmış sənədlərin realizə olmasına dair danışıqlar aparmaqdır.
İsveçrənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, qonaq səfər çərçivəsində Bakının görməli yerlərini gəzəcək, İçərişəhərə baş çəkəcək, orada İsveçrənin Azərbaycandakı səfirliyinin yeni binasının rəsmi açılış mərasimində iştirak edəcək, Qobustan qoruq-muzeyi və Azərbaycan Tarix Muzeyi ilə tanış olacaq.
P. Kuşpen azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar aparacaq, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Səfər çərçivəsində sənədlərin imzalanması gözlənilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR