Bank Of Baku

ABŞ Konqresinin 3 üzvü Heydər Əliyevin yubileyi ilə əlaqədar bəyanat yayıb

ABŞ Konqresinin 3 üzvü Heydər Əliyevin yubileyi ilə əlaqədar bəyanat yayıb
# 10 may 2008 12:20 (UTC +04:00)
H. Əliyevi güclü şəxsiyyət və dövlət xadimi adlandıran xanım Foks mərhum prezidentin Azərbaycanı regionda gedən qlobal oyunlardan və dəyişikliklərdən uğurla keçirdiyini, Ermənistanla atəşkəs sazişi imzaladığını, Amerika, Türkiyə, İsrail və Qərbi Avropa ölkələri ilə əməkdaşlığı dərinləşdirdiyini qeyd edib. Konqresmen 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nə xüsusi toxunaraq bu layihənin Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz rol oynadığını xatırladıb.
İndiana ştatından olan Dan Barton isə bildirib ki, Heydər Əliyev ilk olaraq Sovet İttifaqının tərkibində, daha sonra müstəqil Azərbaycanın lideri kimi öz millətinin firavan gələcəyini təmin etmək üçün 30 il yorulmadan zəhmət çəkib. O, 1993-cü ildə torpaqlarının 20 faizi işğal edilən və 1 milyon qaçqını olan ölkənin məhv olmaq həddinə çatdığını və cəmi iki il həyat sürmüş dünyanın ilk demokratik müsəlman dövləti - ADR-in taleyini təkrarlamağa yaxınlaşdığını qeyd edib: “Lakin Heydər Əliyevin siyasi uzaqgörənliyi fəlakətin qarşısını almaqla yanaşı, Xəzər dənizi hövzəsində ilk dəfə olaraq ABŞ, Qərb, Rusiya və Türkiyə şirkətlərinə birgə fəaliyyət imkanı verib”. Konqresmen bu siyasətin bəhrəsi olan Bakı-Tiflis-Ceyhan və Bakı Tiflis-Ərzurum kəmərlərinin əhəmiyyətindən bəhs edib.
Texas ştatından seçilmiş Berns Conson isə Azərbaycanın regional və beynəlxalq inkişafının təmin edilməsində H. Əliyevin oynadığı roldan danışıb. O bildirib ki, Azərbaycan Baltik ölkələrindən sonra öz ərazisində Rusiya qoşunlarının qalmasına imkan verməyən yeganə ölkə olub. Bundan başqa, 1994-cü ildə Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulub və GUAM-ın yaradılmasının təşəbbüskarlarından biri olub. Konqresmen deyib ki, Azərbaycanda yəhudi icması mövcuddur və İsraillə sıx əlaqələr davam etdirilir. B. Conson Heydər Əliyevin siyasi kursunun demokratiyanın bərqərar olmasına xidmət etdiyini və bu sahədə uğur əldə olunacağına şübhə etmədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR