Bank Of Baku

Buxarestdə Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

Buxarestdə Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib
# 11 may 2008 08:26 (UTC +04:00)
Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Heydər Əliyevin adını daşıyan Parkda keçirilən tədbirdə çıxış edən səfir Eldar Həsənov Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açıb, onun Azərbaycan xalqının müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda apardığı mübarizədən danışıb.
Tədbirin sonunda Buxarest şəhərinin 50 nömrəli orta məktəbinin şagirdləri Azərbaycan və rumın dillərində mahnılar ifa ediblər. Daha sonra Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin binasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-sərgi və Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR