Bank Of Baku

İslam Partiyası Azərbaycan-İsrail dostluğunun rəmzi olan Xiyabanın açılışına etiraz olaraq aksiya keçirməyi planlaşdırır

İslam Partiyası Azərbaycan-İsrail dostluğunun rəmzi olan Xiyabanın açılışına etiraz olaraq aksiya keçirməyi planlaşdırır
# 11 may 2008 09:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan İslam Partiyası (AİP) mayın 18-də Bakıda Azərbaycan-İsrail dostluğunun rəmzi olan Xiyabanın açılış mərasiminin keçirilməsinə etiraz olaraq aksiya keçirməyi planlaşdırır. Partiyanın sədr müavini Vaqif Abdullayev APA-ya bildirib ki, İsrail 1947-ci ildən indiyədək müsəlmanların yaşadığı ərazilərdə işğalçılıq və soyqırım siyasəti aparır: “İsrail müsəlmanların qanı üzərində qurulan süni dövlətdir. İslam partiyası və Azərbaycanın aktiv müsəlman əhalisi buna biganə qala bilməz. Digər tərəfdən isə bu təqvim günü də Laçının Ermənistan tərəfindən işğalı gününə düşür. İslam Partiyası Azərbaycan-İsrail əlaqələrinin əleyhinədir. Yaxın iki-üç gündə partiya fəallarının toplantısı olacaq. Toplantıda keçiriləcək aksiya ilə bağlı müzakirələr aparılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR