Bank Of Baku

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək
# 11 may 2008 09:37 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi Türkiyədə də qeyd olunacaq. Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran bildirib. Baş konsul artıq gələn həftədən cümhuriyyətin yubiley tədbirlərini keçirmək üçün Türkiyənin bır sıra şəhərlərinə səfər edəcəyini deyib. Onun sözlərinə görə, Azərbaycan Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar yubiley tədbirləri Adana, Aydın, İstanbul və digər şəhərlərdə yüksək səviyyədə təşkil olunacaq. Bundan başqa, mayın 16-da Türkiyənin Mərmərə Universitetində Azərbaycan rəssamlarının cümhuriyyətin 90 illiyinə həsr olunan sərgisi açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR