Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri seçilib

Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri seçilib
# 08 iyun 2008 09:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Almaniyanın Köln şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin (DAK) X qurultayı bu gün işini yekunlaşdırıb. DAK Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayevin APA-ya verdiyi məlumata görə, iyunun 6-8-də keçirilən qurultay birinci günü İranda yaşayan azərbaycanlıların milli hüquqları, İranın azərbaycanlılar yaşayan şəhərlərində 2006-cı ilin mayında baş verən qanlı hadisələr, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümü və Azərbaycan diasporunun vəziyyəti barədə müzakirələr aparılıb. Qurultayın sonuncu günü isə DAK-ın təşkilati məsələlərinə baxılıb. İ. Ağayev bildirib ki, qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişiklik edilib. Qurumda həmsədrlik institutu yaradılıb Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK-ın həmsədrləri seçilib. Təşkilatın 17 nəfərdən ibarət İdarə Heyəti (8 nəfər Güney Azərbaycandan, 1-i Türkiyədən, 4-ü MDB ölkələrindən, 5-i isə Azərbaycandan), 50 nəfərlik Məşvərət Məclisi formalaşdırılıb. Qurultayda Qarabağ münaqişəsi və İrandakı azərbaycanlıların hüquqları ilə bağlı bəyanat da qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR