Avropa ölkələri gəmilərin Hörmüz boğazından keçidi üçün rüsum ödənilməsi imkanını nəzərdən keçirir. Lakin bu mexanizmin könüllü xarakter daşıması şərt kimi irəli sürülür.
Bu barədə "The Guardian" məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa paytaxtlarında hesab edirlər ki, belə ödəniş könüllü olmalı və BMT-nin Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tənzimlənməlidir.
Avropada nümunə kimi Malakka boğazındakı vəziyyətin nəzərdən keçirilməsi təklif olunur. Həmin su arteriyasından tranzit ödəniş tələb etmir, lakin dövlətlər və özəl korporasiyalar xüsusi fondlara könüllü ianələr edirlər. Bu fondlar sahilyanı ölkələrə boğazda patrul xidmətinin təşkili və ekoloji təhlükəsizliyin təmin olunması xərclərini kompensasiya etməyə kömək edir.
"The Guardian" yazır ki, bu təklif Oman tərəfindən britaniyalı hüquqşünaslarla əməkdaşlıq çərçivəsində hazırlanıb.
Qəzetin məlumatına görə, Oman hakimiyyəti planın detallı müzakirəsi üçün öz hüquq ekspertlərini Tehrana göndərməyə hazırdır.