Bank Of Baku

Klassik Xalq Cəbhəsi Partiyasının rayon təşkilatlarının müşavirəsi keçirilib

Klassik Xalq Cəbhəsi Partiyasının rayon təşkilatlarının müşavirəsi keçirilib
# 08 iyun 2008 09:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) rayon (şəhər) təşkilatlarının müşavirəsi keçirilib. KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu APA-ya bildirib ki, iyunun 7-də keçirilən müşavirədə partiya sədri Mirmahmud Mirəlioğlu ölkədəki ictimai-siyasi vəziyyət barədə çıxış edib, toplantıda partiyanın prezident seçkisinə hazırlığı ilə bağlı məsələ müzakirə olunub. Müşavirədə iyunun 28-də partiyanın rayon təşkilatlarının iştirakı ilə genişləndirilmiş konfransı keçirilməsi barədə qərar qəbul edilib. X. Teyyublu deyib ki, partiyanın Ali Məclisin toplantısı isə iyulda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR