Bank Of Baku

Xankəndi Seçki Dairəsinin məntəqələrinin sayının artırılması üçün MSK-ya müraciət olunacaq

Xankəndi Seçki Dairəsinin məntəqələrinin sayının artırılması üçün MSK-ya müraciət olunacaq
# 08 iyun 2008 10:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. 122 Saylı Xankəndi Seçki Dairəsinin (DSK) rəhbərliyi dairənin məntəqələrinin sayının artırılması xahişi ilə gələn həftə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməyə hazırlaşır. DSK-nın sədri Allahverdi Doluxanov APA-ya bildirib ki, bu məsələni bir neçə dəfə MSK qarşısında qaldırıb. Lakin MSK rəhbərliyi bu məsələyə seçici siyahılarının yenidən tərtib olunması prosesi başa çatdıqdan sonra baxacağını bildirib. A. Doluxanovun sözlərinə görə, hazırda dairənin 9 məntəqəsi var. Ağcabədi və Ağdamda yaşayan seçicilər Bərdədəki, Naftalandakı seçicilər isə Gəncədəki seçki məntəqəsində səs verməyə məcburdur: “Müraciətdə Naftalanda və Ağcabədidə yeni məntəqələrin yaradılmasını xahiş edəcəyik”.
Qeyd edək ki, hazırda 122 saylı Xankəndi seçki dairəsinin 4623 seçicisi var. Onlar ölkənin ayrı-ayrı regionlarında məskunlaşıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR