Bank Of Baku

Xəzər İbrahim: “Ümid edirik ki, Bakı sammitində Xəzərin statusu problemi həll olunacaq”

Xəzər İbrahim: “Ümid edirik ki, Bakı sammitində Xəzərin statusu problemi həll olunacaq”
# 09 iyun 2008 10:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan bu ilin payızında Xəzəryanı ölkələrin Bakıda keçiriləcək sammitində dənizin hüquqi statusuna dair məsələnin həll olunacağına ümid edir. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. İran və Türkmənistanla status məsələsi ilə bağlı danışıqların davam etdiyini söyləyən diplomat bildirib ki, danışıqlarda hər dövlət öz maraqlarından çıxış edir, lakin bu maraqlar digər dövlətlərin maraqları ilə ziddiyyət yaratmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR