Ankaranın Çankaya bələdiyyəsinə qarşı rüşvət ittihamı ilə istintaq başlanıb.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya istintaqının bir hissəsi olaraq, Çankaya bələdiyyəsində axtarış aparılıb, bələdiyyə sədri Hüseyn Can Güner də daxil olmaqla, 36 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, rüşvət, tender saxtakarlığı və cinayətkar təşkilat yaratmaq iddiaları ilə başladılan əməliyyatda indiyə qədər 27 nəfər barəsində həbs qərarı verilib.
Bildirilib ki, Ankara Polis İdarəsi prokurorluqla koordinasiyalı şəkildə "cinayətkar təşkilat yaratmaq", "cinayətkar təşkilata üzv olmaq", "rüşvət vermək və almaq" və "tenderləri saxtalaşdırmaq" kimi cinayətlərlə bağlı istintaqa başlayıb.