Bank Of Baku

Polşanın birinci xanımı Azərbaycana gəlib

Polşanın birinci xanımı Azərbaycana gəlib
# 09 iyun 2008 12:45 (UTC +04:00)
Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi M. Əliyevanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda iyunun 10-11-də Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir. Səfər çərçivəsində xanım Kaçinska Bakı Slavyan Universitetində fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzində müəllim və tələbələrlə görüşəcək, polşalı memar Yozef Qoslavskinin adını əbədiləşdirəcək xatirə lövhəsinin açılış mərasimində də iştirak edəcək. Qeyd edək ki, xatirə lövhəsi memarın yaşadığı binanın üzərinə prezident İlham Əliyevin sərəncamı ilə vurulub.
19-cu əsrin sonlarında Bakı şəhərinin memarı vəzifəsində çalışan Qoslavski Hacı Zeynalabdin Tağıyevin mülkü (Tarix Muzeyi), Şəhər Dumasının binası (Bakı İcra Hakimiyyəti), Müsəlman qızlar məktəbi (Əlyazmalar İnstitutu), Neft Akademiyasının köhnə binası və digər binaların müəllifi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR