Bank Of Baku

Sabah Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda konfrans başlayır

Sabah Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda konfrans başlayır
# 09 iyun 2008 13:02 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda gələcək nəsillərin hüquqları, sivilizasiyalar arasında əməkdaşlıq, təhsil, media və əyləncə məsələləri, BMT-nin İnkişaf Proqramı, gender problemi ətrafında müzakirələr aparılacaq. Sessiyanın giriş sözü ilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva açacaq. Daha sonra sessiyada Polşa Cənubi Afrika Respublikası, Latviya, Anqolanın birinci xanımları, Türkiyə baş nazirinin həyat yoldaşı, Argentina vitse-prezidentinin xanımı, Rusiya Federasiya Şurasının vitse-spikeri, Texas ştatının qubernatorunun xanımı çıxış edəcəklər. Konfransda “Münaqişə və insan sivilizasiyalarının birliyi”, “Qadınlara ehtiram həyata ehtiramdır”, “Milli şüur insanların qloballaşmanın tərkibinə çevrilməsinə qarşı müdafiə vasitəsi kimi”, “Qərb və Şərq biz bir-birimizi necə görürük” kimi mövzularda məruzələr dinlənəcək. Bundan başqa konfransın işində bir sıra qadın nazirlərin, beynəlxalq təşkilatların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələrinin çıxışları gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR