Bank Of Baku

Yavər Hüseyn: “Azərbaycan Milli Demokrat Partiyasının Azadlıq Partiyası ilə birləşməsi barədə deyilənlər reallığı əks etdirmir”

Yavər Hüseyn: “Azərbaycan Milli Demokrat Partiyasının Azadlıq Partiyası ilə birləşməsi barədə deyilənlər reallığı əks etdirmir”
# 09 iyun 2008 13:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azərbaycan Milli Demokrat Partiyasının Azadlıq Partiyası ilə birləşməsi haqda deyilənlər reallığı əks etdirmir. Partiyada bu ideyanı dəstəkləyənlər yoxdur”. AMDP-nin sədr müavini Yavər Hüseyn APA-ya bildirib ki, təmsil etdiyi partiyanın sədri İsgəndər Həmidov təşkilatın rəhbərliyindən könüllü şəkildə istefa verdikdən sonra bu vəzifə Oqtay Xəlilli tərəfindən icra olunur. Onun sözlərinə görə, AMDP-də hansısa partiya ilə birləşməklə bağlı müzakirələr aparılmır: “Partiyanın Təşkilat Komitəsi var və bu qurum qurultaya hazırlaşır. Ola bilər ki, Əhməd Orucun sədr olduğu partiyada belə bir məsələ müzakirə olunsun. Amma bizdə belə müzakirələr aparılmır”. O, partiyanın sədri postuna iddia etmədiyini də eyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR