Bank Of Baku

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib
# 09 iyun 2008 13:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyası iyunun 17-də Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirmək barədə qərar qəbul edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, aksiyanın keçirilməsinə səbəb partiyanın bundan əvvəl təyin etdiyi iki aksiyanın müəyyən olunmuş yerdə deyil, Bibiheybət qəsəbəsində yerləşən stadionda keçirilməsinə razılıq verməsidir. A. Hacılı bildirib ki, şəhər rəhbərliyi qeyri-qanuni olaraq kütləvi tədbirlərə qadağalar qoyur. O, aksiya ilə bağlı şəhər rəhbərliyinə bu günlərdə müraciət ediləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR