Bank Of Baku

Azərbaycanın hakim partiyasının üzvlərinin sayı 450 minə çatıb

Azərbaycanın hakim partiyasının üzvlərinin sayı 450 minə çatıb
# 09 iyun 2008 14:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Yeni Azərbaycan Partiyasına 450 mininci şəxs üzv qəbul edilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bununla YAP nəinki Azərbaycanın, həm də regionun ən qüdrətli, güclü və kütləvi siyasi təşkilatı olduğunu göstərib. Təkcə 2008-ci ilin 5 ayı ərzində partiya sıralarına 16 mindən artıq yeni şəxsin üzv qəbul olunduğu bildirilib. Partiyanın mətbuat xidmətindən bu faktın xüsusilə prezident seçkiləri ərəfəsində ölkənin həyatında çox mühüm siyasi əhəmiyyət daşıyacaq qədər önəmli olduğu vurğulanıb: “Bu fakt bir daha sübut edir ki, YAP sıralarına qoşulan hər bir vətəndaş, eyni zamanda bir seçici kimi qarşıdan gələn prezident seçkilərində artıq öz seçimini edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR