Bank Of Baku

Prezident seçkilərində iştirakla bağlı Müsavat Partiyasının rəhbərliyində yekdil mövqe yoxdur

Prezident seçkilərində iştirakla bağlı Müsavat Partiyasının rəhbərliyində yekdil mövqe yoxdur
# 09 iyun 2008 14:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyası prezident seçkilərində iştirak edib-etməməklə bağlı konkret qərar qəbul edə bilməyib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında bildirib ki, mövzu ilə bağlı Divanın bu gün keçirilən toplantısında məsələ ətrafında geniş müzakirə aparılıb: “Lakin yekun qərar qəbul edilmədi. Bu çox ciddi məsələdir və Müsavatın qəbul edəcəyi qərar seçki kampaniyasının taleyində ciddi rol oynayacaq. Ona görə də qərar alındı ki, partiya strukturlarda bu müzakirələr davam etdirilsin”. Bununla yanaşı, A. Hacılı bildirib ki, partiyanın prezident seçkilərində iştirakla bağlı ötən ilin oktyabrda qəbul etdiyi qərar qüvvədədir və bu qərara uyğun olaraq seçkilərə hazırlıq işləri davam etdirilir. O, seçkilərin boykot olunması ilə bağlı partiya rəhbərliyində yekdil mövqenin olmadığını vurğulayıb: “Ona görə də ciddi müzakirə aparıb qərar qəbul etməliyik. Çalışacağıq ki, bütün məqamları təhlil edək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR