Bank Of Baku

ATƏT təmsilçisi Yeva Biaudet: “Azərbaycanda insan alveri kanalları və qurbanlarını müəyyənləşdimək üçün xüsusi mexanizmlər yaradılmalıdır”

ATƏT təmsilçisi Yeva Biaudet: “Azərbaycanda insan alveri kanalları və qurbanlarını müəyyənləşdimək üçün xüsusi mexanizmlər yaradılmalıdır”
# 18 iyun 2008 16:05 (UTC +04:00)
APA-nın məlumatına görə, ATƏT təmsilçisi traffikinqlə mübarizəni tənzimləyən qanunlar qəbul etdiyinə və bu sahədə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa görə Azərbaycan hökumətinin fəaliyyətini təqdir edib: “Daxili İşlər Nazirliyinin tezliklə traffikinq qurbanları üçün dörd regional bərpa məntəqəsi açacağını eşitmək mənim üçün çox xoşdur. Bununla belə ATƏT-ə üzv digər ölkələrdən fərqli olaraq Azərbaycanda qeyri-hökumət təşkilatlarının köməyi sayəsində çox az sayda traffikinq qurbanları müəyyənləşib. Şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, insan alverinin qurbanları çox az hallarda özləri barədə hüquq-mühafizə orqanlarına məlumat verirlər. Buna görə də traffikinq kanalları və qurbanlarının müəyyən edilməsi üçün xüsusi mexanizmlər yaradılmalıdır. Azərbaycanlı həmkarlarım ATƏT-lə beynəlxalq əməkdaşlıq məsələləri istiqamətində aktiv siyasi dialoqu davam etdirməlidir”. Yeva Biaudet bildirib ki, Azərbaycan hakimiyyəti traffikinq problemi üzərində daha aktiv işləmək niyyətindədir. O, xüsusilə uçaq traffikinqi ilə mübarizəni vacib saydığını bildirib. Qeyd edək ki, səfər çərçivəsində Yeva Biaudet Milli Məclisin vitse-spikeri Bahar Muradova, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, insan alverinə qarşı mübarizəyə dair milli koordinator Vilayət Eyvazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri və diplomatik korpusun üzvləri ilə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR