Bank Of Baku

Azərbaycan prezidenti Rumıniya Senatının sədrini qəbul edib

Azərbaycan prezidenti Rumıniya Senatının sədrini qəbul edib
# 18 iyun 2008 16:45 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 18-də Rumıniya Senatının sədri Nikolae Vekerounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı ölkələr arasında yaxşı əlaqələrin mövcud olduğunu bildirib, əlaqələrin daim genişlənməsindən məmnunluğunu ifadə edib. Rumıniya Senatının nümayəndə heyətinin Azərbaycana səfərini iki ölkə arasında yüksək səviyyədə münasibətlərin göstəricisi kimi dəyərləndirən prezident İ. Əliyev bu səfərin həm parlamentlərarası əməkdaşlıq, həm də ümumilikdə ikitərəfli əlaqələrin genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Öz növbəsində, N. Vekerou ölkələr arasında müxtəlif sahələrdə münasibətlərin daim genişləndiyini deyib. Rumıniya Senatının sədri hər iki ölkə parlamentarilərinin Rumıniya-Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsi istiqamətində səylərinin artırılmasının vacibliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR