Bank Of Baku

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri MSK sədri Məzahir Pənahovla görüşüblər

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri MSK sədri Məzahir Pənahovla görüşüblər
# 19 iyun 2008 09:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda səfərdə olan nümayəndələri Conatan Stounstriit və Konrad Olojoski Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçiriblər. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATƏT təmsilçiləri prezident seçkiləri öncəsi vəziyyət, seçici siyahılarının hazırlanması, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, MSK-nın apardığı maarifləndirmə işi ilə maraqlanıblar. Qonaqlar səfərin yekunları əsasında ATƏT rəhbərliyinə rəy təqdim edəcəklərini və bu rəydən asılı olaraq qurumun seçkilər zamanı Azərbaycana müşahidə missiyası göndərəcəyini deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR