Bank Of Baku

İlham Əliyev: “Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsidir”

İlham Əliyev: “Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsidir”
# 19 iyun 2008 10:55 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev bu gün parlamentdə Azərbaycan Milli Məclisinin 90 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasındakı çıxışında deyib. Ölkə başçısı Azərbaycan torpaqlarının azad olunması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilmədiyini bildirib: “Bu yaxınlarda BMT Baş Assambleyasında Azərbaycanın işğal altındakı ərazilərinin vəziyyətinə dair qətnamə qəbul edilib və Azərbaycan mövqeyi dəstəklənib. İslam Konfransı Təşkilatı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycan mövqeyini müdafiə edir. Bütün bunlara baxmayaraq təəssüf ki, nəticə yoxdur. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün elementar insan hüquqlarından məhrumdur”. Azərbaycanın işğal altındakı torpaqlarında mədəni irsin, abidələrimiz, qəbirlərin dağıdıldığını deyən prezident bu hadisələr beynəlxalq ictimaiyyətin biganə qaldığını vurğulayıb: “Beynəlxalq hüquq bütün ölkələrə şamil edilməlidir. Əks halda beynəlxalq hüququ təmin etmək mümkün olmayacaq. Beynəlxalq təşkilatlar özlərinə hörmət etməlidir”. İlham Əliyev Azərbaycanın ərizə bütövlüyünün təmin ediləcəyini deyib: “Bu problemin həllində bizim güzəştimiz Dağlıq Qarabağa ən yüksək idarəetmə hüququnu verməkdir. Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan yox, region üçün böyük təhlükədir. Azərbaycan bütün sahələrdə uğurlar qazanıb, beynəlxalq hüquq də bizim tərəfimizdədir. İnanırıq ki, problem sülh yolu ilə öz həllini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR