Bank Of Baku

Hafiz Hacıyev yenidən Müasir Müsavat Partiyasının sədri seçilib

Hafiz Hacıyev yenidən Müasir Müsavat Partiyasının sədri seçilib
# 19 iyun 2008 11:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Müasir Müsavat Partiyasının (MMP) III qurultayı keçirilib. APA-nın məlumatına görə, hesabat məruzəsi ilə çıxış edən MMP sədri H. Hacıyev rəhbərlik etdiyi təşkilatın müxalifət partiyası olduğunu və dövlətçilik maraqlarına xidmət etdiyini söyləyib. O, müxalifət düşərgəsində təmsil olunan bəzi partiyaları xarici qüvvələrə xidmət etməkdə ittiham edib. Sonra qurultayda təşkilatı məsələlərə baxılıb və Hafiz Hacıyev yenidən partiyanın sədri seçilib. Qurultayda bu ilin oktyabrında keçiriləcək seçkilərdə prezidentliyə H. Hacıyevin namizədliyinin irəli sürülməsi barədə də qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR