Bank Of Baku

Milli Məclisdə Azərbaycan parlamentinin 90 illiyinə həsr olunmuş xüsusi iclas keçirilib YENİLƏNİB (2)

Milli Məclisdə Azərbaycan parlamentinin 90 illiyinə həsr olunmuş xüsusi iclas keçirilib  <font color=red>YENİLƏNİB (2)</font>
# 19 iyun 2008 11:57 (UTC +04:00)
Spiker öz çıxışında Azərbaycanın müstəqillik əldə etməsində, dövlət quruculuğu prosesində Milli Məclisin böyük rol oynadığını vurğulayıb. “1995-ci ildən bu günə kimi Milli Məclisdə 2500-ə yaxın qanun və qərar qəbul edilib. Azərbaycan parlamenti müxtəlif beynəlxalq təşkilatların üzvüdür. Ölkənin hazırkı prezidenti İlham Əliyev vaxtilə Milli Məclisin üzvü olub, 8 il müddətində parlamentdə fəaliyyət göstərib”. Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisin 90 illiyinə həsr olunmuş xüsusi iclasda çıxış edib. O, ötən ay Azərbaycan Demokratik Respublikasının yaranmasının 90 illiyinin dövlət səviyyəsində qeyd edildiyini, Şərqdə qurulan ilk demokratik respublika olduğunu xatırladıb. Azərbaycan Demokratik Respublikası olub. Azərbaycan parlamentinin fəaliyyətini yüksək qiymətləndirən prezident bildirib ki, Milli Məclisdə qəbul olunan qanun və qərarlar Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayıb: “Parlament Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında mühüm əhəmiyyət kəsb edib. Sovetlər birliyi dağılandan sonra Azərbaycan müstəqilliyini yenidən əldə etdi. Həmin vaxt vəziyyət gərgin idi, müstəqilliyə təhlükə yaranmışdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Milli Məclisin sədr seçildi və həmin gün ölkədə Milli Qurtuluş Günü kimi qeyd olunur”. Azərbaycanın uğurla inkişaf etdiyini deyən İlham Əliyev ölkənin iqtisadi potensialının yüksək olduğunu vurğulayıb: “Azərbaycan hazırda inkişaf dövrünü yaşayır, ölkədə siyasi və iqtisadi islahatlar həyata keçirilir. Son 4 ildə Azərbaycan iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilib. Bu dörd il ərzində Azərbaycanda ümumi daxili məhsulun həcmi 96 faiz təşkil edib. Bu müddətdə ölkədə yoxsulluq həddi 49 faizdən 16 faizə enib. İqtisadiyyatın 80 faizi özəl sektorun payına düşür. Büdcə xərcləri 10 dəfə artıb. Ölkənin valyuta ehtiyatlarının ilin sonunadək 20 milyard dollar olacağı gözlənilir”. Prezident Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın böyük rol oynadığını vurğulayıb. Daha sonra tədbirdə Gürcüstan, Belarus, Polşa, Moldova, Türkiyə, Pakistan, Qazaxıstan, Rumıniya parlamentlərinin sədrləri, Rusiya və İran nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək Milli Məclisin 90 illik yubileyi münasibətilə Azərbaycan rəhbərliyini təbrik edib, parlamentə fəaliyyətində uğurlar arzulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR