Bank Of Baku

Aydın Quliyevin təsis edəcəyi partiyanın Təşkilat Komitəsi yaradılıb

Aydın Quliyevin təsis edəcəyi partiyanın Təşkilat Komitəsi yaradılıb
# 19 iyun 2008 13:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Açıq Cəmiyyət Partiyası (ACP) liderinin keçmiş müavini, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev yeni yaradacağı partiyanın Təşkilat Komitəsini təsis edib. Bu barədə APA-ya məlumat verən A. Quliyev bildirib ki, Təşkilat Komitəsində 11 nəfər təmsil olunur. Mütəmadi olaraq TK-nın iclaslarının keçirildiyini bildirən baş redaktor bu ilin payızında keçiriləcək prezident seçkilərinə kimi təşəbbüsçüsü olduğu partiyanın təsis qurultayının keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. O, partiyanın adı ətrafında da müzakirələrin getdiyini və bir neçə variantın nəzərdən keçirildiyini bildirib: “Hələlik həmin adı açıqlamaq istəmirik. Amma yaxın vaxtlarda Təşkilat Komitəsinin bununla bağlı rəsmi qərarları olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR