Bank Of Baku

AMİP qurultayını mehmanxanada keçirməyə qərar verib

AMİP qurultayını mehmanxanada keçirməyə qərar verib
# 19 iyun 2008 13:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) növbədənkənar qurultayı keçirməyə yer ayrılması xahişi ilə iki özəl mehmanxanaya müraciət edib. Bu barədə APA-ya partiyanın sədr əvəzi, baş katib Fuad Muxtarov məlumat verib. Onun sözlərinə görə, müraciət edilən mehmanxanaların rəhbərliyi hələlik onlara cavab verməyib. O, edilən müraciətlərdə qurultayın konkret vaxtının göstərilmədiyini bildirib: “Çünki konkret vaxt göstərdikdə yer problemləri olur. Biz bildirmişik ki, hansı günə yer ayrılsa, həmin gün də qurultayı keçirəcəyik. Buna görə də qurultayın nə zaman keçiriləcəyi onların cavablarından asılıdır”. F. Muxtarov yer ayrılması xahişi ilə dövlət qurumlarına müraciət etmək fikrində olmadıqlarını bildirib. Sədr əvəzi qurultayın seçkiyə kimi keçirilib-keçirilməyəcəyi barədə suala dəqiq cavab verə bilməyəcəyini qeyd edib.
Qeyd edək ki, AMİP aprelin 20-nə növbədənkənar qurultay təyin etsə də, yer problemi ilə əlaqədar qurultayı təxirə salmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR