Bank Of Baku

Həsrət Rüstəmov: “ADP rəhbərliyində əksəriyyət seçkilərdə iştirak tərəfdarıdır”

Həsrət Rüstəmov: “ADP rəhbərliyində əksəriyyət seçkilərdə iştirak tərəfdarıdır”
# 19 iyun 2008 13:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyasının (ADP) bu ilin payızında keçiriləcək prezident seçkilərində iştirak edib-etməmək məsələsinə iyulda keçiriləcək Ali Məclisinin iclasında baxacaq. Bu barədə APA-ya partiya sədrinin birinci müavini Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra seçkilərdə iştirak məsələsində fikir ayrılığı yarandığından bu məsələnin yenidən müzakirəsinə ehtiyac var. Bununla bərabər Ali Məclisin ötən sessiyasında seçkilərdə iştirakla bağlı qəbul edilmiş qərarın dəyişdirilməsi ehtimalının az olduğunu deyən H. Rüstəmov ADP rəhbərliyində əksəriyyətin seçkilərdə iştiraka tərəfdar olduğunu vurğulayıb: “Ağır şərait olsa da, biz düşünürük ki, seçkilərdə iştirak vacibdir. Kənarda dayanmaqdandırsa, bu prosesdə iştirak etməyi, seçki dövrünün üstünlüklərindən istifadə etməyi əhəmiyyətli sayırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR