Bank Of Baku

Azərbaycanla ABŞ arasında azərbaycanlı tələbələrin Birləşmiş Ştatlarda təhsil alması sahəsində əməkdaşlıq barədə saziş imzalanıb

Azərbaycanla ABŞ arasında azərbaycanlı tələbələrin Birləşmiş Ştatlarda təhsil alması sahəsində əməkdaşlıq barədə saziş imzalanıb
# 19 iyun 2008 14:32 (UTC +04:00)
APA-nın məlumatına görə, sazişi Azərbaycan tərəfdən Misir Mərdanov, ABŞ tərəfdən isə dövlət katibinin mədəniyyət və təhsil məsələləri üzrə köməkçisi Qoli Ameri imzalayıblar. Proqram beş il müddətinə nəzərdə tutulub, gələcəkdə tərəflərin istəyi ilə bu onun icra müddəti artırıla bilər. İmzalanmış sənədə çərçivəsində magistr dərəcəsi almış tələbələr Fullbrayt proqramı çərçivəsində ABŞ-a təhsil almağa yollanacaqlar. Hələlik bu proqram çərçivəsində Birləşmiş Ştatlara nə qədər tələbə göndəriləcəyi məlum deyil. Göndəriləcək tələbələri seçmək üçün xüsusi komissiya yaradılacaq. İmzalanma mərasimindən sonra Qoli Ameri bildirib ki, Fullbrayt proqramı hər kəs qarşısında bərabər hüquqlar yaradır. Təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ-da təqribən 4 min azərbaycanlı tələbə təhsil alıb. Qeyd edək ki, azərbaycanlı şagird və tələbələr Maski, Junior Public, Apqreyd proqramları, həmçinin dövlət proqramı çərçivəsində ABŞ-a təhsil almağa göndərilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR